Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı Xocalı rayonunda da daim hiss olunur. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğını iş fəaliyyətinin əsas hissəsi hesab Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşları da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış bir qrup şəhid ailələrini ziyarət edib, bayram payı çatdırıblar. Görüşlərdə SHXÇDX-nin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov şəhidlərimizin ailələri ilə görüşməyin, onların qayğsına qalmağın hər birimizin borcu olduğunu dilə gətirib. Qeyd edək ki, şəhid ailələri ilə görüşlər davam etdiriləcəkdir.“Xocalının səsi” qəzeti